Qardabanidə koronavirusa yoluxanların sayı 60-ı ötdü

Qardabanidə koronavirusa yoluxanların sayı 60-ı ötdü Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda koronavirusa 5 yeni yoluxma halı aşkarlanıb.
Diaspor
31 İyul , 2020 13:30
Qardabanidə koronavirusa yoluxanların sayı 60-ı ötdü

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda koronavirusa 5 yeni yoluxma halı aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla da bələdiyyə üzrə yoluxma göstəricisi 61 nəfərə çatıb.

Halların 37-si Qaracalar kəndində qeydə alınıb. 

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Lia Giqauri bu gün Qaracalar kəndində olub. O, Qardabani rayon rəhbərliyinə koronavirusla bağlı gürcü və Azərbaycan dillərində olan 5 mindən çox məlumatlandırıcı vərəqə təqdim edib.

L.Giqauri deyib ki, məlumatlandırma ilə yanaşı, vətəndaşları koronavirus təhlükəsinin real olduğuna inandırmaq vacibdir.

Son xəbərlər

Orphus sistemi