İtaliyanın Roma şəhərində "Xaricdə Azərbaycanı necə təbliğ edək?” mövzusunda tədbir baş tutub.
"Report" xəbər verir ki, Azərbaycan - İtaliya Gənclər Assosiasiası, Azərbaycan Diaspor Gənclər Təşkilatı və "Azxəbər Media”nın təşəbbüsü ilə baş tutan görüşdə 50-yə yaxın tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının həmsədri Emin Rüstəmov bildirib ki, xaricdə təhsil alan gənclər yaşadıqları ölkələrdə Azərbaycanın təbliğatçısı olmalıdırlar: "Biz hər birimiz dövlətimizə və dövlətçiliyimizə sadiq olmalıyıq. Xaricdə təhsil alan tələbələrin də üzərinə böyük yük düşür. Bu gün İtaliyada 2 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Onların hər biri Azərbaycanın simasıdır. Biz çalışmalıyıq ki, sosial şəbəkələrdə, real həyatda ölkəmizi təbliğ edək, xarici dostlarımıza bu haqda məlumat verək”.
Emin Rüstəmov İtaliyada diaspor fəaliyyəti haqda da danışıb: "Diasporla iş üzrə Dövlət Komitəsi son 1 ildə çox böyük işlər görüb. Sevindirici haldır ki, İtaliyada yaşayan azərbaycanlılar da bu diqqət və qayğıdan kənar qalmayıb. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Biz diaspor təşkilatı olaraq komitənin bu istiqamətdə işlərini dəstəkləyirik və işlərin daha da güclənəcəyinə inanırıq”.
Daha sonra tədbirdə azxeber.com informasiya portalının baş direktoru Əfsələddin Ağalarov çıxış edib. O, internet mediada Azərbaycanın təbliğatının önəmindən danışıb: "Xaricdə təhsil alan gənclər həmin ölkələrin media orqanları ilə münasibət qurmalı və Azərbaycan həqiqətlərini o ölkələrdə yaymalıdır. Siz bir neçə xarici dil bilirsiz, bu imkan verir ki, xaricdə Azərbaycan təbliğatı ilə məşğul olasınız.
Tədbirdə daha sonra tanınmış jurnalist, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edib. O da öz növbəsində bildirib ki, sosial şəbəkələr təbliğat üçün ən önəmli faktordur: "Cənab Prezident
Tədbir daha sonra tələbələrin sual və təklifləri ilə davam edib.