Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının vəziyyəti açıqlanıb

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının vəziyyəti açıqlanıb Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində koronavirusun təsdiqləndiyi 63 yaşlı azərbaycanlı qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Diaspor
24 İyun , 2020 11:40
Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının vəziyyəti açıqlanıb

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində koronavirusun təsdiqləndiyi 63 yaşlı azərbaycanlı qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu pasiyentin müalicə olunduğu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

O, qadında ağır pnevmoniyanın müşahidə olunduğu və xəstəliyin inkişaf etdiyini deyib.

Həkimin sözlərinə görə, pasiyentin ilkin yoluxma mənbəyinin müəyyən edilməsi üçün araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Tbilisi sakini olan azərbaycanlı qadın Qaracalara yas mərasimində iştirak etmək üçün gedib. Onun şəhərdə çalışdığı bazarda COVID-19-a yoluxduğu ehtimal edilir. Qadının həyat yoldaşı, övladı və nəvəsi ötən gün karantinə alınıb. 

Son xəbərlər

Orphus sistemi