YAP cəbhə bölgəsində zona müşavirəsi keçirib - FOTO

YAP cəbhə bölgəsində zona müşavirəsi keçirib - FOTO Ağcabədidə Yeni Azərbaycan Partiyasının Ağcabədi, Laçın, Bərdə Ağdam və Tərtər rayon təşkilat sədrləri ilə zona müşavirəsi və gənclərlə görüş keçirilib.
Daxili siyasət
8 Sentyabr , 2019 17:34
YAP cəbhə bölgəsində zona müşavirəsi keçirib - FOTO

Ağcabədidə Yeni Azərbaycan Partiyasının Ağcabədi, Laçın, Bərdə Ağdam və Tərtər rayon təşkilat sədrləri ilə zona müşavirəsi və gənclərlə görüş keçirilib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə keçirilən görüşdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar,ictimaiyyət nümayəndələri iştirak edib.

Əli Əhmədov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər. Ə.Əhmədov həmçinin deyib ki, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir. Sonra idmançılar arenaya çıxıb, öz məharətlərini göstərib.

Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib. Təbbir iştirakçıları daha sonra N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib. İncəsənət nümayəndələri hərbi hissədə çıxış ediblər. 

Daha sonra Ağcabədi, Laçın, Bərdə Ağdam və Tərtər rayon təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib.

Son xəbərlər

Orphus sistemi