FHN Şamaxıya mediatur təşkil edib

FHN Şamaxıya mediatur təşkil edib Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin fevralında Şamaxı, İsmayıllı və Ağsuda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması işi ilə tanış olmaq üçün jurnalistlərin Şamaxıya səfərini təşkil edib.
Daxili siyasət
5 Sentyabr , 2019 15:23
FHN Şamaxıya mediatur təşkil edib

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin fevralında Şamaxı, İsmayıllı və Ağsuda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması işi ilə tanış olmaq üçün jurnalistlərin Şamaxıya səfərini təşkil edib.

"Report"un Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, 3 rayonda qəzalı vəziyyətə düşən evlər sökülüb, yenisi inşa edilir.

Zəlzələ baş verən rayonlarda, ümumilikdə, 251 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, digər evlərin tikintisi isə davam etdirilir. Bərpaya ehtiyac olan 2 192 fərdi yaşayış evindən 449 evdə işlər yekunlaşıb.

Qeyd olunub ki, fərdi yaşayış evlərindən əlavə, Şamaxı şəhərində 20, 44 və 110 mənzilli yaşayış binası da tikilir. Onlardan ikisinin tikintisi başa çatıb.

Vurğulanıb ki, regionda işlər Prezident İlham Əliyevin sərəncamına əsasən, Heydər Əliyev Fondunun "Regionların İnkişafı" İctimai Birliyinin dəstəyilə həyata keçirilir.

Sakinlər həyata keçirilən işlərdən məmnunluqlarını ifadə ediblər. Onlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi