Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırdı

Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırdı Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə
Daxili siyasət
25 Avqust , 2020 15:15
Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırdı
0 : 00
0 : 00

Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450 000 manat məbləğində vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi