“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub - SƏRƏNCAM

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub - SƏRƏNCAM Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
4 Sentyabr , 2019 11:00
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub - SƏRƏNCAM

Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad olunub.

Xatırladaq ki, bu il yanvarın 15-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək QSC sədri vəzifəsinin icrasını jurnalist Rövşən Məmmədov həyata keçiridi.

R.Məmmədov əvvəllər AzTV-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru, “Günün nəbzi” verilişinin aparıcısı olub.

Son xəbərlər

Orphus sistemi