Könül Nurullayeva: “İstənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”

Könül Nurullayeva: “İstənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik” "Hər birimiz sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik"
Qarabağ
15 İyul , 2020 11:49
Könül Nurullayeva: “İstənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”
Könül Nurullayeva

"2020-ci il iyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti həqiqətən də qürurverici haldır:

"Azərbaycan cəmiyyətində vətənpərvərlik əhval-ruhiyyəsi hər zaman yüksək olub. Təbii ki, orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi də təbii haldır.
Amma təəssüf ki, gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları da müşahidə edildi. Məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər də göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə  arzuolunmaz proseslərin baş verməsi barədə dezinformasiyalar da yayıldı.

Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda paytaxtda iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına zorla girərək polislərə qarşı zor tətbiq olunması ilk növbədə vətəndaşlıq mövqeyinə ziddir, bu, eyni zamanda qanunlara hörmətsizlikdir. Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən xaos xalqımızın yaddaşından silinməyib.

Bu gün Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Bu gün belə həssas dövrdə istənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik nümayiş etdirməliyik. Hər birimiz sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik", - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi