ATƏT PA-nın prezidenti: “Minsk Qrupunun fəaliyyəti gücləndirilməlidir”

ATƏT PA-nın prezidenti: “Minsk Qrupunun fəaliyyəti gücləndirilməlidir” ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə videformatda danışıq aparıb.
Qarabağ
16 İyul , 2020 17:43
ATƏT PA-nın prezidenti: “Minsk Qrupunun fəaliyyəti gücləndirilməlidir”
Giorgi Tsereteli

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə videformatda danışıq aparıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

Tərəflər Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni müzakirə ediblər.

A.Kaspişik ATƏT PA-nın rəhbərinə tərəflər arasında baş verən qarşıdurma barədə məlumat təqdim edib. Qeyd olunub  ki, tərəflər arasında nisbi sakitliyə və atəşkəsə nail olunsa da, bu səhər döyüşlər yenidən bərpa olunub.

G.Tsereteli deyib ki, Cənubi Qafqazda davam edən hərbi əməliyyatlar sülh prosesini ciddi olaraq sarsıdır və vəziyyəti ağırlaşdırır:

“Beynəlxalq ictimaiyyətin cəlb olunması və ATƏT-in xüsusi mexanizminin mövcud olmasına baxmayaraq, münaqişənin həlli prosesində irəliləyişə nail olunmayıb, əskinə, vəziyyət daha da gərginləşib. Minsk Qrupunun mandatına daimi monitorinq daxil deyil və buna görə də sazişi pozan tərəfi müəyyən edə bilmir. Hərbi insidentlərin qarşısının alınması məqsədilə monitorinq komponentinin daha da gücləndirilməsinə ehtiyac var”. 

Son xəbərlər

Orphus sistemi