Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR 122,8 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.
Biznes
13 May , 2020 17:10
Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR 122,8 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb. 

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları, yaxud 4,3% çoxdur.

Son 1 muxtar respublikanın ixracının dəyəri 0,5 milyon ABŞ dolları və yaxud 0,5% artaraq 98,8 milyon ABŞ dollarına, idxalının dəyəri isə 4,6 milyon ABŞ dolları, yaxud 23,8% artaraq 24 milyon ABŞ dollarına çatıb. 

Son nəticədə Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 74,8 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5,2% azdır. 

Son xəbərlər

Orphus sistemi