Azərbaycan Türkiyəyə elektrobus sata bilər

Azərbaycan Türkiyəyə elektrobus sata bilər "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin nümayəndələri hazırda Türkiyədə səfərdədilər və danışıqlar aparırlar.
Biznes
10 Sentyabr , 2020 14:27
Azərbaycan Türkiyəyə elektrobus sata bilər

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin nümayəndələri Türkiyəyə səfər edib.

Bu barədə “Report”a açıqlamasında müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib. 

Onun sözlərinə görə, səfərin məqsədi zavodun istehsal etdiyi elektrobusları qonşu ölkənin bazarına çıxarmaqdır. 

"Türkiyə tərəfi Azərbaycan istehsalı olan elektrobusları bəyənib və hazırda ixracla bağlı danışıqlar ilkin mərhələdədir. Razılıq əldə edilsə, görüşlər çərçivəsində  müqavilə imzalanacaq. Onu da deyim ki, "Gəncə Avtomobil Zavodu"nun Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Bu isə Türkiyə bazarını daha yaxşı araşdırmağa imkan verir", - deyə M.Rəhimov qeyd edib. 

Xatırladaq ki, “Gəncə Avtomobil Zavodu”nun əsası 1986-cı ildə qoyulub. İstehsalat Birliyi 1989-cu ildə istismara verilməli olsa da, SSRİ-nin dağılması onun tikintisini yarımçıq qoyub və nəzərdə tutulandan 15 il sonra - 2004-cü ildə zavod işə düşüb. Onun istehsal gücü ildə 30 min ədəd orta tonnajlı avtomobildir.  

Son xəbərlər

Orphus sistemi