Bütün  cəmiyyətlərdə polisə ehtiyac var - MƏQALƏ

Bütün  cəmiyyətlərdə polisə ehtiyac var - MƏQALƏ (Qarşılıqlı münasibətlərin tənzimlənməsinə akademik baxış)
Analitika
2 İyul , 2020 10:32
Bütün  cəmiyyətlərdə polisə ehtiyac var - MƏQALƏ

(Qarşılıqlı münasibətlərin tənzimlənməsinə akademik baxış)

“Hər cür həqiqət barədə susanda o zəhərə dönür”

Fridrix Nitsşe

     İstənilən dövlət, cəmiyyətin  siyasi elitası hakim olduğu müəyyən coğrafi məkanda hüquq qaydalarını və sabitliyi təmin etmək  üçün ixtisaslaşmış idarəçilik aparatı vasitəsilə  inandırma və məcburetmə metodundan istifadə etməyə ehtiyac duyur. Dövlətin  özünəxas belə əlaməti ümumməcburi  xarakterli  normativ hüquqi aktların qəbul olunmasını,  dövlət  orqanları  sistemində  ixtisaslaşmış  bir təşkilatın   mövcudluğunu tələb edir. Beləliklə, dövlət  suverenliyinin bərqərar olduğu  ərazidə qanunçuluğun və ictimai asayişin  mühafizəsi  xüsusi bir dövlət orqanının  təsisatını  tələb edir. Alternativ yol yoxdur.

     Əks təqdirdə “inşa”edilən dövlətin özülü kağızdan düzələn evcik kimi külək səmtinə sovrulub dağılar. Həmişə belə olub və belə olacaq. Böyük şərq mütəfəkkiri Nəsrəddin Tusinin təbirincə ifadə etsək: “Dövlət, çılpaq qadın kimi hər yoldan ötənin üzünə açıq ola bilməz...”  ifadəsi bu gün də təravətini itirməyib.

     Demokratik  prinsiplərin  qərar  tutduğu  müasir dövlətlərdə  insan və vətəndaş hüquq və azadlıqlarının təminatı  dövlətlərin ali məqsədi olaraq ehtiva edilir. Bu mənada insan  hüquqları  dövlətin digər  dövlətlərə, habelə dünya ictimaiyyətinə olan münasibətdə xarici siyasətin ayrılmaz tərkib  hissəsini təşkil edir.

      1948-ci il Ümumdünya   İnsan Hüquqları haqqında Bəyanamədə hamılıqla tanınan “İnsan  hüquq  və  azadlıqlarına hörmət” prisipi  Beynəlxalq hüququn subyekti sayılan dövlətlərə - İlk növbədə: İnsan hüquq və azadlıqlarının toxunulmazlığını və  özgəninkiləşdirilə bilməməsinin birbaşa  qüvvədə olmasını  nəzərə almağı; ikincisi:  Dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən, cinsindən asılı  olmadan və heç bir ayrıseçkiliyə yol vermədən  bu sahədə qarşılıqlı əməkdaşlığın  davam etdirilməsi tövsiyə edilir.

       İnsan  hüquq və azadlıqlarının müdafiəsi  funksiyası və hüquq qaydalarının qorunması  bəşəriyyət tarixindən bəlli dörd dövlət tipinin (quldarlıq, feodalizm, kapitalizm və sosializm) hüquq-mühafizə  orqanlarının   sistemli   fəaliyyətinin  əsas qayəsi olmuşdur. Bu gün də hansı ictimai-iqtisadi formasiyada yaşamağımızdan və hakimiyyətdə hansı komandanın “hakimi mütləqliyindən” asılı olmayaraq belədir. İnsan hüquqları toxunulmaz,  pozulmaz və ayrılmaz prinsiplərlə bəşəri dəyərlər sırasında yer alır.

       Müasir dünyada   beynəlxalq  hüququn   subyekti olan  ölkələrinin  əksəriyyəti   hüquqi  dövlət   quruculuğu yolu ilə   inkişaf edir. Konstitusion  nəzəriyyəyə  əsasən  hüquqi  dövlətlərdə insan hüquq və azadlıqlarının mühafizəsi vətəndaş  cəmiyyətinin  normal  inkişafının təmin etməsilə xarakterizə olunur. Yəni, ictimai qaydanı qorumaq, vətəndaş  cəmiyyətinin bazisini təşkil edən ictimai təhlükəsizliyinin təmini ilə sıx bağlı olduğundan, ictimai  münasibətlərə ziyan vuran, insanların   həyat və  sağlamlıqlarına, əmlaklarına  yönələn  qəsdlərin  qarşısını  almaq da bura daxildir.

       İctimai təhlükəsizlik qaydalarına riayət etmək fərdlərin bir-birilərinə olan  münasibətlərə dəyər verməkdən keçir.

     Vətəndaş  cəmiyyəti  institutları maarifləndirmə yolu ilə hüquq qaydalarının   təmin  olunmasını  arzu olunan  həddə həyata  keçirə   bilməyəndə, təbii ki, bu funksiyanı hamını qane edəcək formada dövlət  və onun  hüquq-mühafizə  orqanları  həyata keçirir.

     Bu “tənzimliyici və qadağanedici” funksiyaların icrası hüquq-mühafizə  orqanlarının  qarşısında  duran  əsas –başlıca missiyasıdır.

     İctimai qaydanın  mühafizəsi və ölkə daxilində təhlükəsizliyin təmini formaca və   məzmunca  dövlətin  ixtisaslaşmış   orqanlarının fəaliyyətinə aid edilir.

   Nəzəri baxımdan yuxarıda qeyd etdiyim mülahizələrə söykənərək dövlətin  ixtisaslaşmış qurumu kimi  polis, aşağıdakı  funksiyaları  yerinə yetirir:

Dövlətin, cəmiyyətinvə şəxsiyyətintəhlükəsizliyini ,

  •  
  •  

Cəmiyyətin siyasi, iqtisadi, sosialvə mədəni-mənəvi əsasınınmühafizəsivəmüdafiəsini təşkil etmək;

Bu məqəsdlə polis digər hüquq-mühafizə orqanları ilə birgə, ictimai qaydanınmühafizəsini həyatakeçirir, vətəndaşlarınşəxsi təhlükəsizliyinivə ictimai təhlükəsizliyi təmin edir, profilaktiktədbirlər həyata keçirir, ictimai qaydaların pozulmasınınqarşısını alır, qaydanıpozanlarıməsuliyyətəcəlb edir və əlavəfunksiyaları yerinə yetirir.

  1. Qanunçuluq prinsipini- bu prinsipin iki  aspekti var; ictimai  qaydanın  mühafizəsi  üzrə tədbirlər həyata keçirilir, hüquqlar müdafiə edilir və cəmiyyətin, habelə  dövlətin maraqlarını, vətəndaşların  azadlıqları qorunur. Digər tərəfdən, hüquq-mühafizə  orqanlarının  bütün fəaliyyəti qanuna  və qanunçuluğa  əsaslanmalıdır.
  2. Şəxsin hüquq və azadlıqlarının  təmini  prinsipini -  Yəni, hər bir insan  təbii, ayrılmaz, pozulmaz  və toxunulmaz  hüquq  və azadlıqlara  malikdir. Hüquq-mühafizə  orqanları insanları   bu sahədə  mühafizə edir-ayrıseçkilik  hallarına  yol  vermədən  bu bəşəri   dəyərlərin  qorunmasını  həyata  keçirir.
  3. Demokratizm prinsipi də mühüm bir prinsipdir. Yəni, hüquq –mühafizə orqanlarının  fəaliyyətinə  ictimai nəzarətin mümkünlüyü. Mühafizəyə təhkim olunmuş əməkdaşlar, xalq və ictimaiyyət  qarşısında  işləri barədə  hesabat  xarakterli  çıxışlar, məruzələr edir, bu həm də əhalinin  cinayətkarlıqla  mübarizədə dövlətin  hüquq-                -mühafizə orqanlarına –polis  orqanlarına  dəstəyin  təminini  şərtləndirə bilər.
  4. Aşkarlıq prinsipini- Əhalinin  hüquq-mühafizə orqanlarına   yaxınlığı  və yaxud da  əksinə, vəzifələrin  icrası aşkarlıq  və ictimai  rəyin  hüquq-mühafizə  orqanlarının fəaliyyətinə təsir edə biləcəyi, nüfuzun artmasını əngəlləyə biləcək səmtə yönəltməyi nəzərdə tutur.

  İstənilən sosial sistemin, hüquq-mühafizə sisteminin funksiyasının əsas şərtlərindən biri onun tərkib hissələrinin   ümumi məqsəd və maraq naminə  səmərəli fəaliyyətinə nail  olmaqdan ibarətdir. Polisin, hökumətin digər qurumları ilə qarşılıqlı  əlaqəsi  norma  yaratma, hüququn icrası  və  hüquq –mühafizə  orqanlarının  birgə fəaliyyətinin  qanunvericiliklə nəzərdə tutulan vəzifələrin icrasına səmtlənən (hüquq-mühafizə)   funksiyaların  həyata keçirilməsilə  ümumi marağa xidmət etmək təşkil edir..

   Polis, hakimiyyət səlahiyyətlərinə malik  dövlət  strukturunun bir hissəsidir. Səlahiyyəti daxilində özünəxas, təşkilati - hüquqi vəzifələrin və funksiyaların, ictimai təhlükəsizliyin və ictimai qaydanın, vətəndaşların  qanuni maraqlarının, hüquq  və  azadlıqlarının  müdafiəsini, habelə mülkiyyətin   bütün növlərinin toxunulmazlığını  təmin edən,  hüquqpozmaların  xəbərdarlığını, profilaktikasını  həyata keçirən, baş verə biləcək   cinayətlərin qarşısını almaq və törədilmiş cinayətlərin isti izlə açılmasını təmin etməli olan bir  qurumdur.

   Polisin  cinayətkarlıqla mübarizədə dövlət orqanları  və cəmiyyətlə  qarşılıqlı   fəaliyyəti, bu sahədə mövcud  problemləri müxtəlif  mənbələr təhlil   etmiş, qəbul olunan  ümumi əlamətlər tövsiyə xarakterli olsa da, aşağıda diqqət çəkən istiqamətlər var:

    1.Qarşılıqlı  əlaqə - bu, müxtəlif orqanların, subyektlərin  razılaşdırılmış  birgə fəaliyyətin  birgə həyata  keçirilməsi; Razılaşma  qarşılıqlı  fəaliyyətin əsas və zəruri  əlaməti kimi  tərəfləri vahid   məqsədə -sistemə  səfərbər  etməkdir.

    2.Qarşılıqlı  fəaliyyətin  çoxsubyektliyi. Yəni razılaşdırılmış birgə  fəaliyyətdə  minimum  iki tərəfin iştirakı. Tərəflərin hər biri  birgə fəaliyyətdə bir neçə iştirakçı ilə təmsil oluna bilərlər.

   3.Subyektlərin güc birliyi- subyektlər arasında əməkdaşlıq  münasibətlərini   müəyyən edir.

   4.Qarşılıqlı fəaliyyət- Bu, tərəflərin təşəbbüsü   olmadan mümükünsüzdür. Çünki, bir tərərfin  iradəsi  qarşılıqlı  fəaliyyət   üçün kifayət  etmir.

   5.Tərəflərin bərabərliyi, subordinasiya mənasında  bir-birindən asılı olmaması. Qarşılıqlı  fəaliyyət  əməkdaşlıq   və tərəfdaşlıq  çərçivəsində  həyata  keçirilir.

   6.Qarşılıqlı fəaliyyətin qanunnauyğunluğu. Polisin iyerarxik strukturuna uyğun olaraq  qarşılıqlı fəaliyyət  4  mərhələdə  həyata keçirilir.

   - Ölkə daxilində  bu fəaliyyətin həyata keçirilməsi özündə təşkilatçılığı  və qarşılıqlı  fəaliyyətin  tədqiqini  əks etdirir. Burada qarşılıqlı   fəaliyyətin subyekti qismində   Daxili İşlər Nazirliyi, DTX, Gömrük Komitəsi, Vergi Orqanı, Baş prokurorluq və onların rəhbərləri çıxış edə bilərlər. Bu səviyyədə   təşkilati  qərarları  Daxili İşlər Naziri, onun müavinləri və Nazirin formalaşdırdığı  kollegiya  qəbul edir.

  -  Ərazilər üzrə  qarşılıqlı fəaliyyəti DİN-nin Baş  idarələri və idarələri  həyata keçirirlər.Təşkilati  qərarları  bu səviyyədə  Baş  idarə  və idarə (şöbə) rəisləri digər hüquq-     -mühafizə  orqanları  ilə razılaşdırılaraq  əməkdaşlıq  çərçivəsində həyata keçirir.

  - Yerli səviyyədə  Rayon polis şöbələri  həyata  keçirirlər. (Digər yerli orqanlarla və digər   icra orqanlarının  yerlərdəki  şöbələri ilə)

    Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyi  ictimai qaydanın  və təhlükəsizliyin mühafizəsini, cinayətkarlıqla   mübarizənin təşkilini  dəqiq fəaliyyət istiqamətləri  üzrə  həyata keçirir. Bu missiyada  fərqli  fəaliyyətə malik   dövlət orqanları da iştirak edir, cəmiyyətin həyat fəaliyyəti  sahəsində  müxtəlif   funksiyaları yerinə yetirən  müəssisə  və təşkilatlarin rolu var.

 Belə əlaqələrin   möhkəmləndirilməsi  və inkişafı  obyektiv   reallıqdır, qanunauyğundur  və təbii ki, müvafiq normativ –hüquqi bazanın   üzərində qərar tutur.

   Polisin cəmiyyətin müxtəlif  təbəqəsilə hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətinə dair   əsas istiqamətlərinə;

  • Hüquqpozmaları doğuran   səbəb və şəraitin  öyrənilməsində   birgə iştirak;
  • Qarşılıqlı maraq kəsb edən  informasiyaların mübadiləsi;
  • Hüquq qaydalarının  gücləndirilməsi məsələləri  üzrə  birgə təkliflərin  (tövsiyələrin)  hazırlanması;
  • Hüquqi təbliğat sahəsində birgə tədbirlərin keçirilməsi, hüquq qaydalarının  təminində  vətəndaşların  iştirakı, ictimai nəzarətin təşkili;

Hüquq qaydalarının təmin  edilməsində   iştirak etmək istəyən könüllülərlə   müqavilə əsasında   Post Patrul Xidmətinə cəlb  etməyin də  vaxtı çatıb. Polisin  əməliyyat gücü ilə  bağlanmayan  ərazilərdə  həmin könüllülər, hətta fövqəladə  şəraitlərdə  gecə vaxtlarında  da  PPX ilə  təsdiqlənmiş  dislokasiya  üzrə   asayişin  mühafizəsinə  cəlb etmək  mümkündür.

Bir aktual  məsələ də var. Bu hüquq-mühafizə  orqanlarının mətbuat  xidmətlərinin   qarşılıqlı əlaqədə  işləməsidir. Amma  KİV əməkdaşlarının kriminal  mövzulara dair məlumatın hazırlamasında və yayılmasında jurnalistlərin  bilik və bacarığı  problem olaraq qalır.

 Kriminogen  şəraitin ölkədəki  sosial və iqtisadi  faktorlarla  bağlılığı bəzən    yanlış  və ya təhrif  olunmuş  formada, həqiqət  pərdələnməklə yayılır.

Şəmsəddin Əliyev
Şəmsəddin Əliyev

  Statistik məlumatlardan bəlli olur ki, cinayətkarlıq artır, bəzi dövrlərdə və yerlərdə “gəncləşir”. Bu cəmiyyətin təbii halıdır. Çünki, cəmiyyətin heç vaxt cinayətdən və cinayətkarlıqdan doymuş həddi olmamışdır. Zaman, dünya dəyişdikcə cəmiyyətdə fərdlərin davranışları da dəyişir. Dəyişiliklər bütün zamanlarda ictimai orqanizmə ziyan vurub. Bunu dərd etməyə dəyməz. Yetər ki, mübarizə qurumları ayıq, çevik, əhali ilə işləyə bilsin və prinsipal olsun. Cinayətlərin artımı və “gəncləşməsi”  səbəblərinə jurnalist  təqqiqatında həmişə aydınlıq gətirilmir və yaxud, miqrasiyanın   cinayətkarlığın  və  cinayətlərin  artımında   rolunu qeyd etməməklə  cinayətkarlıqla  mübarizənin  obyektiv  mənzərəsini görmək çətin olur. Ona  görə də hüquq-mühafizə  orqanlarının  mətbuat xidmətləri və KİV, kommunikativ   prosesin   bütün  iştirakçıları üçün   qarşılıqlı   fəaliyyəti vacibdir: Hüquq-mühafizə  orqanları, daha çox DİN “KİV-lərin və (vətəndaş) cəmiyyətin(in) cinayətkalıqla mübarizədə rolu”na dair layihələrin icrasına müntəzəm yer ayrılmalı, KİV-lərin bu sahədə  ixtisaslaşması üçün seminar-təlimlər keçirilməlidir.

   Qeyd etmək lazımdır ki, Azərbaycan  Respublikasının  Daxili İşlər orqanları ilə KİV-lər arasında qarşılıqlı  əlaqənin  inkişafı, konfidensiallıq  təşkil edən  məlumatlar istisna olmaqla digər ictimai  əhəmiyyət kəsb edən  məlumatların  əldə edilməsində və yayılmasında çətinliklər yoxdur. İnformasiya aşkarlığı var. DİN-in   Mətbuat  Xidmətinin  məlumatları  korrektlidir, cinayətkarlığın   vəziyyətini əks etdirən  informasiyalar  ictimai rəydə   çaşqınlıq  yaratmır, digər hüquq-mühafizə  orqanlarının  mətbuat  xidməti ilə qarşılıqlı bağlılıq var. Bu ümumi marağın təzahürü, ictimai rəyin  düzgün formalaşdırılmasına  təsir edə biləcək  çevik reaksiyadır.

   İnformasiyaların şəffaflığı   və aşkarlığı  bəzən digər  xəbər  portalları üçün  sui-               -istifadələrə  yol açır.  İnternet  şəbəkələrdə   mənbəyi və məzmunu  DİN-nin və yaxud  digər   hüquq-mühafizə   orqanlarının   mətbuat  xidmətinin   məlumatları  ilə  uzlaşmayan və yaxud,  həqiqətə  söykənməyən, qarşı tərəfin münasibəti öyrənilmədən informasiyaların  yayılması, ictimai rəyi  çaşdıra, bəzən  də əks  məcraya  yönələdə  bilir. DİO, DTX  özünün  fəaliyyət   istiqamətlərinə   görə  spesifik  hakimiyyət   səlahiyyətlərinə  malik  orqanlardır. Bu orqanların  xidməti  funksiyaları ilə   bağlı  informasiyaların əldə olunması səhih mənbələrə söykənmirsə,onun yayılması arzuolunmazdır. KİV-nin  nümayəndələri   bunun  fərqində  və  məsuliyyətində  olmalıdırlar.Əks halda  cinayət  qanunvericiliyi   ilə  təqib oluna bilərlər.

  Polis orqanlarının xidməti fəaliyyətindəki uğurlu nəticələr biləvasitə ictimaiyyətin,müasir anlamda daha çox vətəndaş cəmiyyətinin bu missiyada iştirakı ilə mümkün olur.QHT-lərə Dövlət Dəsytəyi Şurası əhalini maarifləndirmək,cinayətlərin xəbərdarlığı və profilaktikası məqsədilə müəyyən layihələri maliyələşdirir,polis orqanlarına dəstək olur.Vətəndaş cəmiyyətinin dövlət və hüquq-mühafizə   orqanları ilə  qarşılıqlı fəaliyyəti bu sahədə siyasətin formalaşdırılmasına və icrasının təmin edilməsinə imkan verir.

   Qarşılıqlı  fəaliyyətin  əsas formaları, təşkilati, profilaktik  və  hüquqtətbiqetmə   formasında  həyata keçirilməsi fayda verir. Sabitliyin hamılıqla qorunmasına maraq və vərdiş yaranır, vətəndaş məmnunluğu ifadə olunur.

Həm polis orqanlarında, həm də çevrəsində ictimai  təşkilatlarla   qarşılıqlı  fəaliyyətin   müəyyən edilməsi, belə fəaliyyətin dairəsinin  öyrənilməsi, yaranan  problemlərin aradan qaldırılmasında polisin rolu  və yeri, qərarların   qəbulunda  ictimaiyyətin  rolu,   qarşılıqlı  fəaliyyətin  məqsəd və vəzifələrinin   müəyyən edilməsi, fəaliyyətin  təşkilinə  dair  birgə qərarların qəbulu, birgə proqramların və  iş planının  hazırlanması, qarşılıqlı  fəaliyyətin  nəticələrinin KİV-də geniş işıqlandırılması, əhali arasında təbliğat işinin  aparılması, tərəflərin(maraqlı  tərəflərin) fəaliyyətin təhlilinə  nəzarəti ümumi maraq baxımından xeyirlidir. Vətəndaş cəmiyyəti bu istiqamətdə olan layihələrin icrasında səriştəsi var və birgə fəaliyyətə hazırdır.

   Polisin  və vətəndaşların  qarşılıqlı  əlaqəsi aşağıdakı  prinsiplərə  riayət olunmaqla da  həyata  keçirilə biiər:

   Güclərin  konsolidasiyası  və hüquq qaydalarının  təmin edilməsinə dair qərarların  qəbulunda  razılıq;

  Polisin əhaliyə  göstərdiyi xidmətin  keyfiyyət və kəmiyyətinə görə ictimaiyyət qarşısında  hesabatlılığı;

Polisin fəaliyyətində aşkarlıq  və əlçatanlıq  (normativ-hüquqi  və təşkilati-idarəçilik  əsasına  bələd  olma , konfidensiallıq qorunmaqla)

Mənə, iyun ayinin ilk dekadasında Yasamaldakı məlum olayın sosial şəbəkələrdə yayılması ilə bağlı çoxlu suallar verilir.TV və radiolara, youtube kanallarına dəvət olundum... Bu məqsədli idimi? Razılaşmaqda çətinlik çəkirəm. Belə qənaətdəyəm ki, cəmiyyətin özünə xas, birmənalı qarşılanmayan düşüncəsində polisin vətəndaş məmnunluğu ilə ifadə olunan, uzun illər, çətin xidmət nəticəsində  formalaşmış imicinə qəsdən ziyan vuruldu. ”Əməliyyat çəkilişi” əməliyyat istifadəsi üçün nəzərdə tutulmuşdu, yayılmamalıydı, amma yayıldı, izləyicilərin dairəsi böyüdü. Polisin müdafiəsinə “qalxanlar”ı aşağıladılar. Bunu, bizim polisin ermənilərə qarşı döyüşlərdə qazandığı qəhrəmanlıq səlnaməsinə birbaşa qəsd adlandırıram. Nəticə: “Çevik qrupa təlimat düzgün verilməmişdi.”  Kadrlar belə deməyə əsas verir.

Tarixdə imperiyaların, kralların, sosialist dövlətlərinin idarəçilik üsul-idarəsində həmişə çatışmazlıqlar, sui-istifadələr, qusurlar olub. İşləyən kollektiv səhvlərdən və yanlış qərarlardan xali deyil.  Amma,o səhvləri böyütməyə, cəmiyyətə yanlış rakursdan təqdim etməyə gərək yox. Çoxminli Azərbaycan Polisinin də digər dövlət qurumları kimi fəaliyyətlərini yüksək hüquqi qüvvəyə malik ölkə Konstitusiyasına və hamılıqla tanınmış beynəlxalq normalara uyğun həyata keçirərkən xidməti xətalara yol verməsi mümkün haldır. Lakin, heç kimin zərrə qədər şübhəsi olmasın ki, Polis əməkdaşının xidmətindəki xətalar, sui-istifadələr, hətta ən kiçik səhvlər belə kollegiyanın diqqətindən kənarda qalmır.Heç nə və heç kim unudulmur. Əməlin dərəcəsinə müvafiq məsuliyyətə cəlb olunurlar. Sadəcə, spesifik xidməti səlahiyyətə malik  DİN, bu barədə olan araşdırmaların  və görülən tədbirlərin nəticəsi barədə ictimaiyyətə geniş məlumat vermir. 

 Beləliklə, zamanın dəyirmanı fırlanmaqda davam edir. Aşağıda duran yuxarı, yuxarıda duran isə aşağıya yuvarlanır.  Dünya da beləcə dəyişir. Dünən səhv sandığımız,  bu gün həqiqət olur. İnsanların şüur və düşüncələrində də dəyişikliklər baş verir. Amma, bəzən bu dəyişikliklərə KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar təsirsiz ötüşmür. Yayılan informasiyalar cəmiyyətin müəyyən həssas qrupunu məcrasından kənara çəkə, bəzən də əksinə,  haqq yola qaytara bilər.

2 iyul Azərbaycan polisinin yaranmasının 102-ci ildönümü qeyd olunur. Çox təəssüf ki, pandemiya dövrünün tələbinə uyğun qeyd edəcəyik. Axı, polisin özü, bu karantin rejimi qaydalarını qoruyan xidmətin canlı iştirakçısı və həm də “qurbanlarındandır.”  Gəlin, birlikdə bu bayram ərəfəsində çoxminli Azərbaycan polisinin Ali rütbəli elitar qulluqçularını, yüksək rütbəli zabitləri, sıravi heyəti-bir sözlə asayişin mühafizəsilə bağlı xidmətini davam etdirən bütün şəxsi heyəti səmimi qəlbdən təbrik edək, onlara çətin, lakin şərəfli xidmətlərində səbr, dözüm, sədaqət və cəsarət, çətinliklərə tab gətirmək üçün Uca Rəbbimizdən hər birinə sağlam həyat arzulayaq. Heç vaxt həddi aşmağa şərait yaranmasın!

Ermənilərə qarşı döyüşlərdə yüksək şücaət göstərərək canını vətən uğrunda fəda etmiş ilk MİLLİ qəhrəmanımız da Polislərin sırasındadır. Şəhidlərin ruhu şad olsun!...

Bayramınız mübarək! ALLAH millətimizi qorusun!

Şəmsəddin Əliyev

Polis və müharibə veteranı.

Son xəbərlər

Orphus sistemi