Yuxarı

​Ukraynalı karateçi Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək

İrina artıq Azərbaycan Karate Federasiyası ilə müqavilə imzalayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Ukraynanın və dünyanın ən güclü karateçilərindən olan İrina Zaretskaya Bakıda keçiriləcək I Avropa Oyunlarında Azərbaycan yığmasının şərəfini qoruyacaq. İdmançı artıq Azərbaycan Karate Federasiyası ilə müqavilə imzalayıb.

"Report" Ukraynanın "Reporter" telekanalına istinadən xəbər verir ki, bu barədə 18 yaşlı odessalı idmançının məşqçisi Denis Morozov məlumat verib.

"İrina həqiqətən də, Avropa Oyunlarında Azərbaycan yığmasında çıxış edəcək. Ardınca nə olacaq, hələ məlum deyil. Yalnız onu deyə bilərəm ki, Ukrayna Karate Federasiyasının hazırda ciddi maliyyə problemləri var. Bizim ya Azərbaycanla bağlı qərar qəbul etmək, ya da beynəlxalq səviyyədə çıxışlarımızı vəziyyət düzələnədək dayandırmaq seçimimiz var idi", - deyə Denis Morozov açıqlamasında bildirib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi