Bakı. 4 iyun. REPORT.AZ/ “Twitter” sosial şəbəkəsinin Azərbaycan seqmentinin analizi, trendlərin və statistikanın müəyyən olunması ilə məşğul olan “Aztwi.com” saytı I Avropa Oyunları mövzusu ilə bağlı araşdırma aparıb.
“Report”
#Baku2015 açar sözünü yazanların 74,6%-i bunu stasionar kompüter və ya noutbuk vasitəsilə edib.
#EuropeanGames açar sözü ilə 209 istifadəçi 2 573 tvit yazıb ki, bunlardan 1 926-sı hiperlinki olan tvitlərdir. #EuropeanGames açar sözünü yazanların 70,9%i stasionar kompüter və ya noutbukdan istifadə edib.
Mobil telefon vasitəsilə tvit yazan istifadəçilərdən isə Android istifadəçiləri #Baku2015 açar sözünə, iOS istifadəçiləri isə #EuropeanGames açar sözünə üstünlük veriblər.