Bakı. 9 iyun. REPORT.AZ/ Sərbəst güləş üzrə ağır çəkidə Avropa və dünya çempionu olmuş türkiyəli pəhləvan Taha Akgül "
Oyunların ulduz elçisi seçilməsinə münasibət bildirən T.Akgülün sözlərinə görə, bu cür seçim onun üçün olduqca qürurvericidir. Azərbaycanda güləşin əsas idman növü olduğunu bildirən pəhləvan üzərinə düşən məsuliyyəti dərk etdiyini deyib: "Azərbaycan qardaş ölkədir. Güləş onların əsas idman növüdür. Bu səbəbdən yarışa xüsusi əhəmiyyət veririk. Qalib olsam, hər iki ölkənin bayrağı ilə yarış meydançasında dövrə vuracağam. Mənə verilən məsuliyyətin öhdəsindən ən yaxşı şəkildə gəlməyə çalışacağam".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləş yarışları 17-18 iyunda keçiriləcək. Taha Akgül Türkiyə sərbəst güləş yığmasında 125 kq çəki dərəcəsində yer alıb.