Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycan tarixinin ən böyük idman yarışının keçirilməsinə sayılı günlər qalıb. Oyunların Açılış və Bağlanış mərasimləri 68 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək".
"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Çağ" qəzeti yazır.
Məqalədə bildirilir ki, "Bakı 2015"in keçirilməsi üçün bütün hazırlıq işləri başa çatıb: "6 min idmançı 20 idman növü üzrə 836 medal uğrunda mübarizə aparacaq".
Türkiyənin "Posta" qəzetinin saytı "Bak 2015" Avropa Oyunları haqda yazısında voleybol üzrə Türkiyənin qadınlardan ibarət milli komandasının hazırlıq görüşlərindən bəhs edib.
Qəzet yazır ki, komanda iyunun 11-də Azərbaycana yola düşəcək. Komandanın baş məşqçısı Ferhat Akbaş deyib ki, Bakıda Avropanın ən yaxşı milliləri oynayacaq: "Bu səbəbdən də yarışa çox yaxşı hazırlaşmalı və yaxşı oyun göstərməliyik" .
Türkiyənin "avrupabulteni.com" saytı "Bakı 2015" haqda belə yazıb: "Aprelin 26-da Bakıda Atəşgahda Azərbaycan Prezidenti