​Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycana çatıb

​Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycana çatıb Ümumilikdə 6 velosipedçi marafona qoşulub
Avropa Oyunları
6 İyun , 2015 17:59
​Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycana çatıb

Bakı. 7 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində səfərə çıxan Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycana çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) "Report"a verilən məlumata görə, Portuqaliyanın 1, Xorvatiyanın "Pedalinac" klubunun 5 velosipedçisi ölkəyə daxil olub.

Portuqaliyalı Jorge Kristovaonu Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük–keçid məntəqəsində AVİF-in təmsilçiləri, mətbuat nümayəndələri, milli geyimli gənclər və həvəskar velosipedçilər qarşılayıb. Xorvatiyalılar isə Azərbaycana Qazax rayonunun Qırmızı Körpü sərhəd gömrük-keçid məntəqəsindən daxil olublar. Qonaqlar bu gün Qaxda bir araya gələcəklər.

Sabahdan etibarən isə velosipedçilər Qax-Şəki-Oğuz-Qəbələ-İsmayıllı-Şamaxı-Qobustan-Bakı marşrutu ilə hərəkət edəcək.

Jorge Kristovao səyahət zamanı ümumilikdə 6600 km məsafə qət etməlidir. Xorvatların marşrutunun uzunluğu isə 4000 km-dir. Portuqaliyalı velosipedçi Bakıya iyunun 10-da gələcək və Avropa Oyunlarında iştirak edəcək ölkəsinin nümayəndə heyətinə özü ilə gətirdiyi bayrağı təqdim edəcək.

Qeyd edək ki, I Avropa Oyunlarında velosiped idmanının dağ, şosse və BMX növləri üzrə yarışlar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi