Bakı. 9 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarında iştirakı nəzərdə tutulan kişi idman gimnastı Petr Paxnyuk Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.
- Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
- Belə alındı ki, atam məni gimnastikaya, anam isə musiqi məktəbinə yazdırdı. Mən gimnastikanı seçdim, çünki bir yerdə oturmaq xoşuma gəlmirdi.
- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdiniz?
- Boş vaxtlarımda mən digər idman növləri ilə də məşğul olmuşam. Buna görə də düşünürəm ki, məndə alınardı.
- Fikrinizcə, hər hansı idman növündə vacib olan nədir?
- Ən vacibini seçmək çətindir. Bütün professional idman növlərində kompleks keyfiyyətlər tələb olunur – bunlar dözümlülük, fiziki güc, səbr, xarakter, zəhmətsevərlilikdir. Bu siyahını artırmaq da olar, lakin öz peşənə istək və sevgin olduğu zaman bunlar xoş məqamlardır.
- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
- Hazır olduğum zaman mən həmişə sakit çıxış edirəm. Yaxşı hazırlıq isə bu işin əsəs və başlıca sirridir.
- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa, bu, idman növündən asılıdır?
- Əlbəttə, bu, idman növündən asılıdır. İdman gimnastikası daha travmatikdir, buna görə də hər məşq konsentrasiya tələb edir.
- İdmanda kumiriniz var?
- Xeyr.
- Yaxın gələcək üçün idman planlarınızdan danışardınız...
- Səbirsizliklə gözləyirəm yarışları. Yaxşı çıxış etmək istəyirəm.
- Avropa Oyunları sizin üçün nə kəsb edir və necə hazırlaşırsınız?
- Mənim üçün Avropa Oyunları ciddi yarışdır, buna görə də özümə və gücümə heyfslənmədən hazırlaşıram. Yüksək nəticə göstərmək istəyirəm.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz var?
- Müəyyən məqsədlər, istəklər əlbəttə var. Axı idmandan sonrakı həyat da az maraqlı olmalı deyil!
- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsiniz?
- Uzun müddətdir ki, mən idmandayam və bu artıq mənim üçün adidir.
- Ailəniz haqda danışardınız...
- Mənim dostcanlı, kiçik ailəm var, atam, anam və bacım. Atam hərbçi, anam isə evdar xanımdır. Bacım isə prokurorluqda işləyir, o, ağıllı və məndən fərqli olaraq daha əzmlidir (gülür).
- Sevdiyiniz şəxs var?
- Bu, çox şəxsi sual oldu.
- Adətən, azarkeşləriniz tribunalardan sizi necə dəstəkləyirlər və siz onlardan nə eşitmək istərdiniz?
- Yarış zamanı çalışıram ki, fikrim dağılmasın, düşüncələrimi öz işimə yönəldirəm.
- Onlara nə demək istərdiniz?
- Daha çox dəstək olun və gimnastikanı sevin!