II Avropa Oyunlarının açılışında Patrik Hikki də iştirak edəcək

II Avropa Oyunlarının açılışında Patrik Hikki də iştirak edəcək Avropa Olimpiya Komitələrinin (EOC) səlahiyyətləri əlindən alınmış sabiq prezidenti Patrik Hikki Minsk 2019 II Avropa Oyunlarında iştirak edəcək.
Avropa Oyunları
15 İyun , 2019 15:49
II Avropa Oyunlarının açılışında Patrik Hikki də iştirak edəcək

Avropa Olimpiya Komitələrinin (EOC) səlahiyyətləri əlindən alınmış sabiq prezidenti Patrik Hikki "Minsk 2019" II Avropa Oyunlarında iştirak edəcək.

"Report"un məlumatına görə, bu barədə "Inside the Games"ə EOC-dan verilən açıqlamada bildirilir.

Mənbə irlandiyalı funksionerin Oyunların keçiriləcəyi müddətdə Minskdə qalmayacağını əlavə edib.

EOC iyunun 21-də keçiriləcək açılış mərasiminə özünün bütün sabiq prezidentlərinin dəvət edildiyini də açıqlayıb. Oyunlar iyunun 30-dək davam edəcək.

Qeyd edək ki, Patrik Hikki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından əvvəl oğurluq, vergidən yayınma, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıq ittihamları ilə həbs olunub. Ondan yüzlərlə olimpiada bileti müsadirə olunub. Sabiq prezidentin özü isə bütün ittihamları rədd edib. Hikkiyə məhkəmə araşdırmaları 2018-ci ilin noyabrında başlamalı olsa da, Braziliya Ali Məhkəməsi tərəfindən dayandırılıb. Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyası irlandiyalı funksionerin statusu barədə hələ qərar qəbul etməyib. Braziliyadan İrlandiyaya qayıtdıqdan sonra o, ictimaiyyət arasında nadir hallarda görünüb. Lakin Hikki 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə və 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatlarında iştirak edib. O, ilk dəfə 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları ideyasının müəllifi və təşəbbüskarıdır.   

Son xəbərlər

Orphus sistemi