Nazir: "I Avropa Oyunlarına 1 milyard manatdan bir qədər çox vəsait xərclənib"

Nazir: "I Avropa Oyunlarına 1 milyard manatdan bir qədər çox vəsait xərclənib" Azad Rəhimov: "Bunu sübut etsələr, vəzifəmdən istefa verməyə hazıram"
Avropa Oyunları
11 İyun , 2015 16:44
Nazir: I Avropa Oyunlarına 1 milyard manatdan bir qədər çox vəsait xərclənib

Bakı. 11 iyun. REPORT.AZ/ "Hansısa təşkilat Azərbaycanın dövlət büdcəsindən idmana 10 milyard dollar xərcləndiyini sübut etsə, mən vəzifəmdən istefa verməyə hazıram". “Report” xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın illik idman büdcəsi 10 milyon manat təşkil edir: "İl ərzində bu vəsait təlim kurslarına, idman yarışlarına, avadanlıqlarına, dərman ləvazimatlarına və s. sərf edilir. Əminliklə deyə bilərik ki, əgər dünyada hansısa təşkilat Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram. Xərclərin digər hissəsi idman komplekslərinin tikilməsinə və informasiya texnologiyalarına sərf olunub”.

Nazir bildirib ki, I Avropa Oyunlarının büdcəsi əvvəlcə 960 milyon manat olub. Sonradan 1 milyard 34 milyon manat oldu.

Son xəbərlər

Orphus sistemi