Bakı. 1 iyun. REPORT.AZ/ "Bütün növlərdə - sərbəst, yunan-Roma və qadın güləşi üzrə hazırlıqlar davam edir. Sərbəst güləşçilərimiz İran, qadın güləşçilərimiz isə Monqolustan yığması ilə birgə məşq edir". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib.
N.Əliyev birgə hazırlıq üçün məhz Monqolustan və İran yığmalarına dəvət göndərmələrini hər iki ölkə komandasının dünyada ən güclü pəhləvanlardan ibarət olmaları ilə əlaqələndirib. Federasiya rəsmisi "
I vitse-prezident 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış sərbəst güləşçi Toğrul Əsgərovun da "Bakı 2015"də iştirak edəcəyini söyləyib. Əvəzində digər olimpiya çempionu Şərif Şərifov Avropa Oyunlarına yox, ABŞ-da keçiriləcək dünya çempionatına qatılacaq.
Federasiya rəsmisi I Avropa Oyunlarında Azərbaycan güləşçilərinin çıxışları ilə bağlı proqnoz verməyin çətinliyini də bildirib: "Düşünürəm ki, komandanın durumu kifayət qədər yaxşıdır, yüksək səviyyədədir. Həmişə olduğu kimi güləş öz sözünü deyəcək. Hər növdə ən azı 1-2 qızıl medal almağa qadirik. İdmanda proqnoz vermək çətindir. Zədələr olur".
Qeyd edək ki, bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycanın qadın güləşi üzrə yığma komandasının açıq məşqi keçirilib. Məşqi federasiya rəsmiləri də izləyib. "Bakı 2015" I Avropa Oyunlarında güləş yarışları 13 - 18 iyunda