"Minsk 2019": Qadın güləşçilər mübarizəyə qoşulur

"Minsk 2019": Qadın güləşçilər mübarizəyə qoşulur Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Avropa Oyunları
27 İyun , 2019 09:28
Minsk 2019: Qadın güləşçilər mübarizəyə qoşulur

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

“Report” xəbər verir ki, Azərbaycanın əsas qızıl medal ümidlərindən biri Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Bundan başqa, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar.

Azərbaycan idmançıları 7-ci yarış günündə stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da qüvvələrini sınayacaqlar.


Stend atıcılığı

Kişilər, Skit, təsnifat mərhələsi

10:00. Emin Cəfərov

Qadınlar, Skit, təsnifat mərhələsi

10:00. Nurlana Cəfərova, Regina Meftahətdinova

Güləş

Qadın güləşi

57 kq, 1/8 final

12:50. Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq, 1/8 final

13:30. Elmira Qəmbərova – Lusi Manzke (Almaniya)

76 kq, 1/8 final

13:50. Səbirə Əliyeva – Aykaterini-Eyrini Pitsiava (Yunanıstan)

50 kq, 1/4 final

14:10. Mariya Stadnik – Emanuella Liuzzi (İtaliya)/Anna Lukasyak (Polşa) cütünün qalibi

Sərbəst güləş

65 kq, final

19:50. Hacı Əliyev – Vladimir Xinçeqaşvili (Gürcüstan)

97 kq, final

20:40. Nurməhəmməd Hacıyev – Abdulraşid Sadullayev (Rusiya)

Badminton

Kişilər, fərdi yarış, 1/8 final

13:35. Ezmi Qovimuramadhoni – Mark Kalyou (Hollandiya)

Gimnastika

İdman gimnastikası

Kişilər, çoxnövçülük

14:00. İvan Tixonov

Qadınlar, çoxnövçülük

14:00. Marina Nekrasova

Kayak və kanoelərdə avarçəkmə

Qadınlar, K-1, 200 m, B finalı

15:00. Mariya-Lorena Manolitsa

Qeyd edək ki, Azərbaycan 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi