"Minsk 2019": Azərbaycan karateçisi qızıl medal qazanıb - YENİLƏNİB-2

"Minsk 2019": Azərbaycan karateçisi qızıl medal qazanıb - YENİLƏNİB-2 Azərbaycan karateçisi Asiman Qurbanlı Minsk 2019 II Avropa Oyunlarında qızıl medal qazanıb.
Avropa Oyunları
29 İyun , 2019 20:01
Minsk 2019: Azərbaycan karateçisi qızıl medal qazanıb - YENİLƏNİB-2

Azərbaycan karateçisi Asiman Qurbanlı "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanıb.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yer alan Qurbanlı finalda xorvatiyalı Ancelo Kvasiçə qalib gəlib - 5:0.

Bu, Azərbaycanın 5-ci qızıl medalı olub.



***18:14

Azərbaycan karateçisi Asiman Qurbanlı "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Qurbanlı yarımfinalda Gürcüstan təmsilçisi Qoqita Arkaniyanı məğlubiyyətə uğradıb.

Finalda onun rəqibi xorvatiyalı Ancelo Kvesiç olacaq.

Qeyd edək ki, daha əvvəl İrina Zaretska (68 kq) da finala yüksəlib. Roman Hüseynov isə kata yarışında bürünc medal qazanıb.


***14:32

Azərbaycanın daha bir karateçisi "Minsk 2019" II Avropa Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 84 kq çəki dərəcəsindəki Asiman Qurbanlı qrup mərhələsində məğlub olmayıb.

A qrupunda yer alan karateçi öncə hollandiyalı Tirol Darnel Lardini məğlubiyyətə uğradıb - 2:0. Qurbanlı ikinci qarşılaşmasında Almaniya təmsilçisi Conatan Horne ilə heç-heçə (0:0) edib.

İdmançı üçüncü dueldə isə türkiyəli Alparslan Yamanoğlunu sınağa çəkib. Bu görüşdən də qələbə ilə ayrılan Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.

Qeyd edək ki, daha öncə qadın karateçi İrina Zaretska (68 kq) yarımfinala vəsiqəni təmin edib. Roman Heydərov (kata) isə bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorgunerlə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi