"Minsk 2019": Azərbaycan növbəti medalını qazanıb - FOTO - YENİLƏNİB-2

"Minsk 2019": Azərbaycan növbəti medalını qazanıb - FOTO - YENİLƏNİB-2 Azərbaycan karateçisi Roman Heydərov Minsk-2019 II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Avropa Oyunları
29 İyun , 2019 17:00
Minsk 2019: Azərbaycan növbəti medalını qazanıb - FOTO - YENİLƏNİB-2

Azərbaycan karateçisi Roman Heydərov "Minsk-2019" II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, kata nüvündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.

Dueldən qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu, hazırda Azərbaycan yığmasının "Minsk 2019"da 21-ci medalıdır. Komandanın aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.


*** 11:56

Azərbaycan karateçisi Roman Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxacaq.

"Report"un məlumatına görə, kata növündə mübarizə aparan idmançı B qrupunda ikinci mərhələdə 25.40 xal toplayıb.

O, medal uğrunda dueldə almaniyalı İlya Smorgunerə rəqib olub.


*** 11:21

Azərbaycan karateçisi Roman Heydərov "Minsk 2019" II Avropa Oyunlarında növbəti mərhəyə yüksəlib. 

"Report"un məlumatına görə, kata növündə mübarizə aparan idmançı B qrupunda 24.63 xalla üçüncü olub. Bu, ona növbəti mərhələdə iştirak üçün kifayət edib.

Qeyd edək ki, bu gün İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (84 kq) kumite yarışlarında mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi