"Minsk-2019": Azərbaycan boksçusu 1/4 finala yüksəlib

"Minsk-2019": Azərbaycan boksçusu 1/4 finala yüksəlib Azərbaycan boksçusu Lorenso Sotomayor Minsk 2019 II Avropa Oyunlarında 1/4 finala yüksəlib.
Avropa Oyunları
24 İyun , 2019 22:04
Minsk-2019: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Lorenso Sotomayor "Minsk 2019" II Avropa Oyunlarında 1/4 finala yüksəlib.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 69 kq çəki dərəcəsində yer alan kubalı legioner 1/8 finalda Bosniya və Herseqovina təmsilçisi Adem Ferhadoviçə qalib gəlib - 4:1.

Sotomayor növbəti mərhələdə Patriot Behrami (Kosovo) ilə qarşılaşacaq. 1/4 final döyüşü iyunun 26-da baş tutacaq.

Lorenso Sotomayor Avropa Oyunlarında mübarizəni davam etdirən 4-cü boksçudur. Ondan başqa, Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Alfonso Dominges (81 kq) də "Minsk 2019"da məğlubiyyətsiz irəliləyir.

Son xəbərlər

Orphus sistemi