Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın 3-3-ə basketbol üzrə milli komandanın baş məşqçisi Elxan Əliyevin "Report"a müsahibəsi
- Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakınız haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Biz 2013-cü ildə Avropa Oyunlarının Bakıda keçiriləcəyini biləndə hazırlaşmağa başladılq. Həmin il ilk dəfə bu məqsədlə Ukraynanın Kiyev şəhərində 3-3-ə basketbol növü üzrə çıxış etdik. Bu yarışda 8 komanda arasında yarımfinal mərhələsinə qədər yüksəldik. Yarımfinalda Rusiyaya 1 xal fərqi ilə məğlub olduq. Bundan sonra məşqləri davam etdirdik və bir il sonra Amsterdamda 8 komandanın iştirak etdiyi mərhələ oyunlarında çıxış etdik. Rumıniya, Türkiyə, Gürcüstan, Hollandiya, Albaniya və s. komandaların iştirak etdiyi yarışda qrup birincisi olduq və finala vəsiqə qazandıq. Finalda Rumıniya və Serbiyaya məğlub olduq və İtaliyanı udduq. Bununla da Avropada 11-ci yerə çıxdıq.
- Sizin üçün 3-3-ə basketbol növünün Avropa Oyunlarının proqramına salınması hansı önəmi daşıyır?
- Bu növ Olimpiya oyunlarına daxil edildikdən sonra bizim milli komanda rahatlıqla olimpiadada iştirak edə biləcək. Hesab edirəm ki, Bakıda keçiriləcək Oyunlardan sonra 3-3-ə basketbolun Olimpiya proqramına salınmasına qərar verilə bilər.
- Rəhbərlik etdiyiniz komandanın Avropa Oyunlarına hazırlığı üçün hansı işlər görülüb?
- Ötənilki heyətlə müqayisədə komandada yeni oyunçular var. Türkiyədə oynayan yerli basketbolçumuz 3-3-ün heyətinə cəlb olunub. Bundan əlavə, ABŞ vətəndaşı olan Marşel Mozers heyətə cəlb olunacaq. Bu oyunçular mayın 12-13-də Bakıya gələcəklər. Onlar paytaxta gələndən sonra təlim-məşq toplanışına başlayacağıq. Beyləqanda 2 həftəlik hazırlıq prosesi keçəcəyik.
Beyləqandan sonra Türkiyəyə yollanacağıq. Orada turnir təşkil olunacaq və həmin turnirdə iştirak edəcəyik. Daha sonra Litvaya yollanacağıq. Oyunlara 15 gün qalmış isə Bakıya qayıdacağıq və son hazırlıqları paytaxtda davam etdirəcəyik.
- Qeyd etdiniz ki, heyətə bir nəfər ABŞ vətəndaşlığı olan basketbolçu cəlb olunub. Başqa milliləşdirilən idmançılar olacaq?
- Xeyr olmayacaq. Biz belə qərara gəldik ki, bir amerikalı bəsdir. Ötən il bir legioner idmançımız vardı. Lakin onun çıxışı bizi qane etmədiyindən həmin basketbolçunu əvəzləmək qərarına gəldik. Digər oyunçuların hamısı yerlilərdir.
- Qarşıda hansı sınaq yarışları nəzərdə tutulub?
- Yalnız Türkiyə turniri və Latviya hazırlığı olacaq. Bakıda 3-3-ə turniri təşkil etmişik ki, başqa komandalar Bakıya gəlsin və təcrübə olsun. Ən önəmlisi 10-12 nəfər idmançı arasından 4 nəfəri seçməyimizdir.
- Avropa Oyunlarında şansları necə dəyərləndirirsiniz, medal qazanmaq imkanımız varmı?
- Doğma vətənimizdə keçirilən Oyunlarda Azərbaycanın bayrağını qaldırmaq, himnimizi səsləndirmək istəyirik. Ancaq neçənci yeri tutacağımızı deyə bilmərəm.
- Komanda üzvlərində qələbə əzmi, istəyi müşahidə edirsiniz?
- Bəli, elə düşünürəm ki, özləri bunu yaxşı başa düşür. Hər şey meydanda mübarizə aparan idmançılardan asılıdır.
- Avropa Oyunlarında 16 kişi və 16 qadın komandası medallar uğrunda yarışacaq. Oyunlarda 3-3-ə basketbol qadın komandamız da mübarizə aparacaq?
- Hər ikisində təmsil olunacağıq. İnanıram ki, qadın komandamız da uğurla çıxış edəcək. Qadın yığmamızın heyətində 2 amerikalı basketbolçu olacaq.
- Qadınlardan ibarət komandanın hazırlıq planları kişilərlə eynidir, ya fərqlidir?
- Onlarda başqa proqram var. Çünki qadınlar ayrı, kişilər ayrı çalışır. Bir müddət əvvəl qadın komandamız Özbəkistanda 6 komanda arasında keçirilən yarışda birinci yeri tutub.
- Avropa Oyunları Azərbaycan idmanına nə qazandıracaq?
- Bütün ölkələr bilir ki, Azərbaycanda belə möhtəşəm oyunlar keçiriləcək. Bu cür turnir bizdə heç vaxt keçirilməyib. Çox şadam ki, Azərbaycan Prezidenti