Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Londonda "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Gənclər və idman naziri
Londonun məşhur "The Dorchester Hotel" ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.
Təqdimat mərasimi çərçivəsində qonaqlara "Bakı-2015" Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq. Eyni zamanda, qonaqlara konsert proqramı və Azərbaycan tarixini, mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.