Bakı. 19 iyun. REPORT.AZ/ "İlk Avropa Oyunlarına ev sahibliyi edərək, Azərbaycan nisbətən qısa vaxt ərzində, böyük idman tədbirlərinin keçirilməsində öz imkanlarını və qabiliyyətini nümayiş etdirdi". Bu barədə "Report"a Avropa Azərbaycan Cəmiyyətinin direktoru (TEAS) Layonel Zetter bildirib.
"
O, bu yaxınlarda Bakıda Formula-1 yarışlarının keçiriləcəyini vurğulayaraq, Avropa Oyunlarının Azərbaycanda keçiriləcək bir sıra böyük beynəlxalq idman tədbirlərindən birincisi olduğunu qeyd edib.