Güləş üzrə milli komandalar II Avropa Oyunlarının son hazırlıq prosesinə start verib

Güləş üzrə milli komandalar II Avropa Oyunlarının son hazırlıq prosesinə start verib Azərbaycan güləşçiləri Minsk 2019 II Avropa Oyunlarının son hazırlıq prosesinə start verib.
Avropa Oyunları
10 İyun , 2019 14:37
Güləş üzrə milli komandalar II Avropa Oyunlarının son hazırlıq prosesinə start verib

Azərbaycan güləşçiləri "Minsk 2019" II Avropa Oyunlarının son hazırlıq prosesinə start verib. 

"Report" xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə milli komandalar sonuncu təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində keçir. Göygöldəki hazırlıqda sərbəst güləşçilər üçün daha çox fiziki məşqlər keçirilibsə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək.

Yunan-Roma güləşçiləri Estoniya və İsveç yığmalarının üzvləriylə birgə toplanış keçir.  

Qadınlardan ibarət yığma isə iyunun 8-dən Belarusdadır. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan komanda yarışa qədər Minskdə yerli komanda ilə birgə toplanışı davam etdirəcək.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək. Yarışda Azərbaycanı 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi