II Avropa Oyunlarının bürünc medalçısı: "Bu, mənim üçün böyük nəticədir"

II Avropa Oyunlarının bürünc medalçısı: "Bu, mənim üçün böyük nəticədir" “Emosiyalar çox müsbətdir. Azərbaycan millisi üçün medal qazandığıma görə çox şadam. Bu, mənim üçün böyük nəticədir”.
Avropa Oyunları
27 İyun , 2019 15:49
II Avropa Oyunlarının bürünc medalçısı: Bu, mənim üçün böyük nəticədir

“Emosiyalar çox müsbətdir. Azərbaycan millisi üçün medal qazandığıma görə çox şadam. Bu, mənim üçün böyük nəticədir”.

“Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev deyib.

74 kq çəkidə çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə ukraynalı Vasili Mixaylovu məğlub etdiyi görüşün ardından Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyinə, məşqçilər və azarkeşlərə ona göstərdikləri etimada görə təşəkkür edib.

Hacıyev 1/8 finalda türkiyəli Söner Demirtaşa uduzduğu görüşdən də danışıb: “Qalib gəlməsi üçün rəqibə bir qədər özüm də kömək etdim. Bundan sonra özümə bəslənən ümidləri doğrultmaq üçün daha çox məşq edəcəyəm. Mənə azarkeşlik edən hər kəsə minnətdaram”.

Qeyd edək ki, Söner Demirtaş finala çıxdığı üçün Hacıyev təsəlliverici görüşə çıxıb və yunanıstanlı Kirillos Binenmpaumanı üstələyib.

Son xəbərlər

Orphus sistemi