II Avropa Oyunları zamanı Belarusa 50 minədək iştirakçı və turist gələcək

II Avropa Oyunları zamanı Belarusa 50 minədək iştirakçı və turist gələcək Satışa çıxarılan 375 min biletdən indiyədək 10 mini satılıb
Avropa Oyunları
11 Yanvar , 2019 10:31
II Avropa Oyunları zamanı Belarusa 50 minədək iştirakçı və turist gələcək

Bakı. 11 yanvar. REPORT.AZ/ “Minks 2019” II Avropa Oyunları zamanı Belarusa ümumilikdə 50 minədək iştirakçı və turist gələcək.

“Report” “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarusun İdman və Turizm Nazirliyinin Turizm departamentinin direktor müavini Vitali Qritseviç mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarına 18 minə yaxın rəsmi şəxsin təşrif buyuracağı proqnozlaşdırılır: “Təşkilat Komitəsi ilə birgə aparılan analizlərə əsasən, 30 min turistin də gələcəyini təxmin edirik”.

21 – 30 iyunda keçiriləcək II Avropa Oyunlarında 50 ölkədən 4 mindən çox idmançı iştirak edəcək və 15 idman növündə 199 medal dəsti sahibini tapacaq. Oyunlar üçün satışa çıxarılan 375 min biletdən indiyədək 10 mini satılıb.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda 2015-ci ildə keçirilib.

Son xəbərlər

Orphus sistemi