“Finalda başqa bir taktika qurmuşdum. Əvvəlcə rəqibi passiv edib, sonra tempi artırmaq istəyirdim”.
Bunları “Report”a “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanan yunan-Roma güləşçisi İslam Abbasov deyib.
87 kq çəkidə çıxış edən 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka görüşdə hakimlərin onun güləş taktikasını sındırdıqlarını söyləyib: “Aktiv olduğum halda, məni parterə otuzdurdular. Rəqib də mənə çevirmə fəndi edərək, vəziyyəti dəyişdi. Onu gələn yarışda məğlub etməyə çalışacağam. Artıq ikinci dəfədir Belenyuka uduzuram. 14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı var. Orada qızıl medal qazanmağa çalışacağam. İyulun 15-də istirahət verilib. Sonra Göygöldə təlim-məşq toplanışımız olacaq”.
Abbasov hakimlərin qərəzli yox, səhvlərə yol verdiyini vurğulayıb: “Tərəfkeşlik yox, bəzən hakim təcrübəsizliyi olur. Bir səhv ucbatından görüş əldən gedir. Yarışdan sonra söhbət getdi ki, hakimlərin nə zaman xal və xəbərdarlıq vermələri barədə düzəlişlər olmalıdı. Hakimlər Komitəsində onlara nəzarət edirlər”.