Bakı. 15 İyun. REPORT.AZ/ "Belə bir fantastik finalın baş tutacağını düşünmürdüm və gözləmirdim, mən hələ də özümə gələ bilmirəm və heyrət içindəyəm". Bunu "Report"a karatenin kumite növü üzrə Azərbaycan idmançısı, "
"Biz buna hazırlaşırdıq, bilirdim ki, finalda mənimlə qarşılaşan idmançı çox çətin rəqibdir. Mən bütün qüvvəmi toplayaraq özümü yalnız buna hazırlayırdım. Amma sonra finalda mən özümü toplaya bildim və tamaşaçılar sanki mənə enerji verdilər", - karateçi bildirib.
İ.Zaretska deyib ki, I Avropa Oyunlarının qızıl medalı onun üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, qadınlar arasında 68 kq çəki dərəcəsində İrina Zaretska Avstriya idmançısı Alisa Buçingeri 8:1 hesabı ilə məğlub etmişdi.