İrina Kindzerska: "Məni hakimlik bir qədər məyus etdi"

İrina Kindzerska: "Məni hakimlik bir qədər məyus etdi" Bu medal mənim üçün heç də az əhəmiyyət kəsb etmir. Çünki qarşıda 2020-ci il Tokio Yay Olimpiya Oyunları var. Əldə etdiyim nailiyyət bu baxımdan mənim üçün kiçik təkandır.
Avropa Oyunları
24 İyun , 2019 22:14
İrina Kindzerska: Məni hakimlik bir qədər məyus etdi

"Bu medal mənim üçün heç də az əhəmiyyət kəsb etmir. Çünki qarşıda 2020-ci il Tokio Yay Olimpiya Oyunları var. Əldə etdiyim nailiyyət bu baxımdan mənim üçün kiçik təkandır".

"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanmış Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.

O, finala çıxa bilməməsini hakimliklə əlaqələndirib:

"Məni hakimlik bir qədər məyus etdi. Marina Slutskaya ilə yarımfinal görüşümdə mübahisəli anlar var idi. Lakin sonradan anladım ki, istənilən medal mənim üçün vacib olmalıdır. Unutmayaq ki, biz Belarusdayıq. Bura təşkilatçı ölkədir. Həm də Slutskaya ilə görüşün son saniyələrində səhvə yol verdim. Gələn dəfə belə səhvi təkrarlamayacağam".

Kindzerska bütün diqqətini Yaponiya paytaxtında keçiriləcək dünya çempionatı və olimpiadaya yönəltdiyini də vurğulayıb:

"İlk növbədə dünya çempionatına, sonra isə olimpiadaya hazırlaşmalıyam. İstəyirəm ki, bütün yarışlarda medal qazanım".

Azərbaycan təmsilçisi keçmiş həmyerlisi olan ukraynalı Qalina Tarasovanı məğlub etməsi ilə bağlı suala isə belə cavab verib:

"Tarasovaya qalib gəlməklə Ukrayna cüdoçuları arasında güclü olduğumu bir daha göstərdim. Mən Ukraynadan yüskək rəqabət üzündən yox, ailə məsələlərinə görə ayrılmışam. Ərim azərbaycanlı, keçmiş idmançıdır, onunla Ukraynada ailə qurmuşuq. Sonra isə birgə Bakıya köçmüşük".

Son xəbərlər

Orphus sistemi