Bakı. 26 may. REPORT.AZ/ İlk Avropa Oyunlarının məşəli İsmayıllı rayonuna çatıb. "Report" xəbər verir ki, rayonun Nizami küçəsində karate üzrə dünya və Avropa çempionu Bayram Qəhramanov məşəl estafetini qəbul edib.
Mərasimi rayonun minlərlə sakini izləyib. Meydana toplaşan insanlar məşəl estafetini daşıyan idmançıları alqışlarla qarşılayıblar. Sonra məşəlin alovlandırılması mərasimi keçirilib. Pauerlift idman növü üzrə 5 qat dunya, 3 qat Avropa çempionu Kamal Qafarov səhnəyə qalxaraq məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının çırağını isə rayonun fəal gənci Qönçə Ağazadə yandırıb. Çıraq yarışlar başa çatana qədər rayonun Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra məşəl Qəbələ rayonuna yola salınıb.