Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar başlayıb.
"Report"un məlumatına görə, kişi və qadın idmançılar komanda yarışlarında ilk günün hərəkətlərini yerinə yetirəcəklər. Təsnifat mərhələsində qadınlar 8, kişilər isə 5 qrupda mübarizə aparacaqlar.
Qadınların yarışında Azərbaycan təmsilçiləri 3-cü qrupda çıxış edəcək. Fərdi yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktisrina Pravdina bacarığını nümayiş etdirəcək.
Azərbaycan idmançıları kişilərin mübarizəsində də 3-cü qrupda yarışacaqlar. Oleq Stepko, Eldar Səfərov və Petro Paknyuk təsnifat mərhələsində Azərbaycanı təmsil edəcəklər.