Bakı. 27 may. REPORT.AZ/ "
Müqaviləyə əsasən, Oyunlar kanal vasitəsilə hər gün 10 saat yayımlanacaq. SPTV kanalı yarışlardan əlavə, həm də Açılış və Bağlanış mərasimlərini nümayiş etdirəcək, Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş işıqlandırılmasını təmin edəcək.
Yeni saziş haqqında danışan BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və kanalın baş redaktoru Yura Ozmek əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, Xorvatiya İran, Amerika, Hindistan, Çin, Honkonq, Yaponiya, ərəb dünyası və Avstraliya kimi ölkələri də əhatə edən yayımçılar siyahısına daxil olub.