Bakı. 16 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində "I Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnı və klipin təqdimat mərasimi keçirilib.
"Report"un məlumatına görə, mərasimdə gənclər və idman naziri "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (
Qonaqlar idman azarkeşlərini gözəl mahnı və maraqlı klip münasibətilə təbrik edərək azərbaycan incəsənət ustalarına təşəkkür ediblər.
A.Rəhimov Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələrini təqdirəlayiq hal saydığını deyib. O bildirib ki, klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilər tərəfindən çox gözəl hədiyyədir: "İnanıram ki, bu mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək".
İnam Kərimov Azərbaycanda idmana dövlət qayğısı və bu sahəyə olan maraqdan danışıb. Onun sözlərinə görə, qitə tarixində ilk dəfə olaraq məhz Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq.
Tədbirdə əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov da çıxış edib. Tədbirin aparıcısı isə Kamilə Babayeva olub.
Sonda müğənillər və könüllülərlə birgə akapella ifa olunub.