Bakı. 2 iyun. REPORT.AZ/ "
İyunun 7-də isə Ağ Şəhər Bulvarına, Neftçilər prospektindən keçməklə Bayraq meydanına aparılacaq. Bir gün sonra isə məşəl Oyunların baş tutacağı
"Bakı 2015"in məşəli iyunun 9-da bir çox tarixi önəmli binalara, o cümlədən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə aparılacaq. Bu siyahıya Şirvanşahlar Sarayı da daxil ediləcək.
Məşəlin növbəti səfəri iyunun 10-da reallaşacaq. Həmin gün məşəl Nizami küçəsinə, Fəvvarələr meydanına, Qış, Filarmoniya və Dağüstü parklarında olacaq və Qız Qalasına qaytarılacaq.
Açılış mərasimindən bir gün əvvəl isə məşəl Qız Qalasından götürüləcək və Satko limanına aparılacaq.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarının məşəl səyahəti aprelin 26-dan start götürüb və Azərbaycanın 60 şəhər və rayonlarından keçib.