Bakı. 26 İyun. REPORT.AZ/ Paralimpiyaçımız Azərbaycana Avropa Oyunlarında 18-ci qızıl medalı qazandırdı.
90 kq-dan yuxarı çəkidə çıxış edən ikiqat paralimpiya çempionu, paralimpiyaçı cüdoçusu İlham Zəkiyev finalda ukraynalı Oleksandr Pominovla qarşılaşıb.
Rəqibinə vaza-ari ilə qiymətləndirilən fənd işlədərək onu tatamiyə çırpan İlham Zəkiyev ardınca saxlama fəndi tətbiq edib və ipponla vaxtından əvvəl qalib gələrək çempion adını qazanıb.
*** 16:29
Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev "
İ.Zəkiyevin qızıl medal döyüşdəki rəqibi ukraynalı Aleksandr Pominov olacaq. A.Pominov yarımfinalda digər azərbaycanlı paralimpiyaçı cüdoçu Zakir Müslümovu məğlub edib. Z.Müslümov isə bürünc medal uğrunda görüşdə yunanıstanlı Klimis Papaxristosla üz-üzə gələcək.
*** 16:19
"
S.Abdullayevanın finaldakı rəqibi daha bir ukraynalı İnna Çernyak olacaq.
*** 16:06
"
*** 15:17
Azərbaycanın paralimpiyaçı cüdoçusu Səbinə Allahverdiyeva "
O, görüşün 10-cu saniyəsində ipponla qələbə qazanıb. S.Abdullayeva yarımfinalda ukraynalı Natalya Nikolayçuk və türkiyəli Serife Koseoğlu arasındakı görüşün qalibi ilə yarışacaq.
*** 13:38
Azərbaycanın 5 cüdoçuları "
*** 13:05
Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanı "
Onun növbəti rəqibi fransalı Klariss Aqbeqnenu olacaq.
63 kq-da mübarizə aparan daha bir qadın idmançı Nuriyyə Axundova məğlubiyyətlə üzləşib. O, polşalı Aqata Ozdobaya ipponla uduzub.
70 kq-dakı Validə Mirzəzadə də məğlubiyyətlə üzləşib. Belçikalı Roksane Taeymansla üz-üzə gələn Azərbaycan cüdoçusu ipponla məğlub olub. Eyni çəkidə döyüşə çıxan Nərgiz İbrahimova da rəqibi ilə bacara bilməyib. O, xorvatiyalı Barbara Matiçə ipponla uduzub.
Kişilərdən isə Rüstəm Orucov mübarizəni dayandırıb. 73 kq çəkidə yer alan R.Orucov çexiyalı Jaromir Jezekə ipponla yenilib.
*** 11:59
"
Kişilər arasında 73 kq çəki dərəcəsində Rüstəm Orucov, qadınlar arasında 63 kq çəkidə Xanım İsmayılova, Nuriyyə Axundova, 70 kq-da isə Validə Mirzəzadə və Nərgiz İbrahimbəyova uğur qazanmağa çalışacaq.
Azərbaycanın paralimpiyaçı cüdoçuları da bu gün mübarizəyə start verəcək. Gözdən əlillərin yarışında kişilərdən İlham Zəkiyev, Zakir Müslümov, qadınlardan isə Səbinə Abdullayeva iştirak edəcək.