Bakı. 14 iyun. REPORT.AZ/ "
"Report"un məlumatına görə, ölkə təmsilçiləri fərdi şəkildə avarçəkmə, güləş, idman gimnastikası, karate, sinxron üzgüçülük, stolüstü tennis və triatlonda, komanda olaraq su polosu və voleybolda qüvvələrini sınayacaqlar.
Mingəçevirdə keçiriləcək kayak və kanoe yarışlarında bu gün 5 idmançı iştirak edəcək. İlk olaraq saat 09:00 Taras Matveyçuk kano üzrə 1000 metr məsafədə təkbətək çıxışa start verəcək. Ondan 21 dəqiqə sonra Tamerlan Mustafayev kişilər arasında 1000 metr məsafədə kayak-təkbətəkdə mübarizə aparacaq. Kişilərin 1000 metr məsafəyə cütlük şəklində kanoe yarışında isə Sergey Bezuqlı və Aleksey Kupin saat 10:17-də yarışa qatılacaq. Qadınlar arasında 500 metr məsafəyə təkbətək kayak yarışı 13:00-da start götürəcək. Bu yarışda Azərbaycanı İnna Osipenko Rodomska təmsil edəcək.
Yunan-Roma güləşi üzrə gün ərzində 4 çəki dərəcəsində yarışlar keçiriləcək. Saat 10:00-da 66 kq çəkidə Həsən Əliyev gürcüstanlı Saçino Daviatia ilə qarşılaşacaq. 75 kq-da Elvin Mürsəliyevin Slovakiya pəhləvanı Riçard Riqo ilə görüşü 10:42-də start götürəcək. 11:17-də isə Saman Təhmasibi tatami üzərinə çıxacaq. 85 kq çəkidə onun rəqibi İtaliya idmançısı Fabio Parisi olacaq. 130 kq-da 1/8 final mərhələsində mübarizə aparacaq Azərbaycan idmançısı Sabah Şəriəti və Ukrayna təmsilçisi Mukola Kuçminin mübarizəsi saat 12:27-də başlayacaq.
İdman gimnastikasında 6 Azərbaycan idmançısından 3-ü saat 11:40-da bacarıqlarını nümayiş etdirəcəklər. Qadınlar arasında təsnifat yarışlarında Kristina Pravdina, Marina Nekarova və Yuliya İşina, kişilər arasında təsnifat yarışlarında isə Oleq Stepko, Pyotr Paxnyuk və Eldar Səfərov tamaşaçılar qarşısına çıxacaq. Kişilərin yarışına 14:30-da start veriləcək.
Sinxron üzgüçülükdə Yekaterina Valyulina və Tatyana Nikitina çıxış edəcək. Üzgüçü qadınlar saat 09:00-da bacarıqlarını nümayiş etdirəcəklər. Kişilər arasında keçiriləcək triatlon yarışına isə 12:30-da start veriləcək. Azərbaycanı bu idman növündə Rostyslav Pevtsov və Alexander Yatçenko təmsil edəcək.
Kişilər arasında su polosunda Azərbaycan Macarıstanla saat 18:45-də, kişilər arasında voleybolda Finlandiya ilə saat 16:30-da qarşılaşacaq.