Bu gün "Minsk 2019" II Avropa Oyunlarına yekun vurulacaq.
"Report"un məlumatına görə, Oyunların son günündə badminton, boks, yunan-Roma güləşi, velosiped idmanının trek, idman gimnastikası və karate növləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan bunların 4-də təmsil olunacaq. Əsas medal ümidləri isə karateçilərlə yunan-Roma güləşçiləridir.
Eyni zamanda Bakı vaxtı ilə saat 21:00-da Oyunların bağlanış mərasimi keçiriləcək. Mərasimdə bütün 50 iştirakçı ölkənin paradı da olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan ümumi sıralamada 5 qızıl, 7 gümüş, 12 bürünc medalla 9-cu pillədə qərarlaşıb.
30 iyun
Yunan-Roma güləşi
14:20. 130 kq, təsəlliverici qarşılaşma
Sabah Şəriəti – Romas Fridrikas (Litva)
14:40. 87 kq, final
İslam Abbasov – Jan Belenyuk (Ukrayna)
Velosiped idmanı
Kişilər
10:00. Şosse, keyrin, ilkin yürüş
Sergey Omelçenko
İdman gimnastikası
14:28. Qadınlar, dayaqla tullanma
Marina Nekrasova
Karate
10:14. Qadınlar, 50 kq, A qrupu
Nuranə Əliyeva – Serap Arapoglu Özçelik (Türkiyə)
10:42. Qadınlar, 50 kq, A qrupu
Nuranə Əliyeva – Şara Hubriş (Almaniya)
11:10. Qadınlar, 50 kq, A qrupu
Nuranə Əliyeva – Mariya Kulinkoviç (Belarus)
11:51. Kişilər, 60 kq, B qrupu
Firdovsi Fərzəliyev – İlya Bulatov (Belarus)
12:12. Kişilər, 60 kq, B qrupu
Firdovsi Fərzəliyev – Emil Pavlov (Makedoniya)
12:47. Kişilər, 60 kq, B qrupu
Firdovsi Fərzəliyev – Ancelo Kreszento (İtaliya)
13:07. Kişilər, 67 kq, A qrupu
Rafiz Həsənov – İv Martial Tadissi (Macarıstan)
13:39. Kişilər, 67 kq, A qrupu
Rafiz Həsənov – Artyom Kravtsov (Belarus)
13:56. Kişilər, 67 kq, A qrupu
Rafiz Həsənov – Stefan Pokorni (Avstriya)
13:14. Kişilər, 75 kq, B qrupu
Rafael Ağayev – Co Kellavey (Böyük Britaniya)
13:49. Kişilər, 75 kq, B qrupu
Rafael Ağayev – Erman Erdemir (Türkiyə)
14:17. Kişilər, 75 kq, B qrupu
Rafael Ağayev – Qabor Harspataki (Macarıstan)