"Minsk 2019" II Avropa Oyunlarının keçirilməsində azərbaycanlı mütəxəssislərin xidmətindən də istifadə olunub.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, Oyunların Əməliyyat Komitəsində (MEGOC) çalışan həmin şəxslər təşkilati məsələlərdə yaxından iştirak ediblər. Onlar "
Həmin şəxslərdən biri II Avropa Oyunlarının Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə konsultantı Samir Məmmədovdur. "Bakı 2017"dən sonra "Minsk 2019"un Əməliyyət Komitəsində çalışmağa başlayıb. O, iki ilə yaxındır işlədiyi komitədə hazırda məsləhətçi vəzifəsini tutur.
S.Məmmədov "Minsk 2019"un Əməliyyat Komitəsinin sədri Georgi Katulin ilə danışıqlardan sonra birgə hazırlıq işlərinə başladıqlarını, gələcək strategiya və planlamanı hazırladıqlarını açıqlayıb: "İlk gündən bütün departamentlər üzrə ekspert məsləhətçi kimi çalışıram. Mən gələndən sonra Azərbaycandan da mütəxəssislər dəvət etdim. Çox qürur hissi ilə deyə bilərəm ki, iki il ərzində çəkdiyimiz əziyyətin bəhrəsini bu gün görürük”.
MEGOC rəsmisi Bakıdakı ilk Avropa Oyunlarında qazandığı təcrübənin əhəmiyyətini xüsusi vurğulayıb: “Bakı 2015"də Azərbaycan Prezidenti
S.Məmmədovun sözlərinə görə, Minskdə Avropa Olimpiya Komitələrinin (EOC) ekspertləri onlarla hər görüşlərində ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından danışıblar. Hazırda MEGOC-da 6-7 azərbaycanlı mütəxəssisin çalışdığını deyən S.Məmmədov Belarusda işlədikləri dönəmdə onlara dəstək olan gənclər və idman naziri
“Nəzərə alınsa ki, Avropa Oyunlarının bünövrəsi məhz Azərbaycanda qoyulub, demək ki, yazılmış qanunlar və strategiya var. Amma Minsk də bu oyunlara özünəməxsusluğunu qata bilib. Məhz bir sıra məlumatların əldə olunmasında, istiqamətlərin müəyyənləşməsində onlardan aldığım informasiyalar əsasında yaranan və yarana biləcək təşkilati problemləri vaxtında aradan qaldırırıq. Sağ olsunlar ki, öz köməkliklərini əsirgəməyiblər”.
S.Məmmədov II Avropa Oyunlarından dərhal sonra Bakıya qayıdaraq, XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) təşkili işində çalışacağını əlavə edib: “Bununla bağlı dəvət almışam və yenidən Vətəndə çalışacağım üçün qürur hissi keçirirəm. Artıq Azərbaycanın Avropa, Olimpiya Oyunlarının təşkilati işlərində çalışan peşəkar mütəxəssisləri yetişib”.
Qeyd edək ki, "Minsk 2019"a iyunun 30-da yekun vurulacaq. EYOF isə 21 - 27 iyulda keçiriləcək.