Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "
Daha sonra qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
*** 18:49
Azərbaycan "
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.
Bununla da Azərbaycan boksçuları iyunun 27-də I Avropa Oyunlarında 4-cü qızıl medalı qazanıblar.
Bu çəki dərəcəsində bürünc medallar polşalı Mateuş Polski və irlandiyalı Sin Makkomba qismət olub.
*** 18:40
Qadınların mübarizəsində 57-60 kiloqram çəki dərəcəsində “Bakı 2015”in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor fransalı Estel Moslini məğlub edərək I Avropa Oyunlarının qızıl medalını qazanıb.
"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki final qarşılaşmasını izləyiblər.
Bu çəki dərəcəsində bürünc medalların sahibləri Azərbaycan boksçusu Yana Alekseyeva və almaniyalı Taşena Buqar olublar.
*** 18:40
"
"Report" xəbər verir ki, boks yarışlarına bu gün keçiriləcək 5 final qarşılaşması ilə yekun vurulacaq.
Hazırda qadınların mübarizəsində 57-60 kiloqram çəki dərəcəsində “Bakı 2015”in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor fransalı Estel Mosli ilə qarşılaşır.
Bu çəki dərəcəsində bürünc medalların sahibləri Azərbaycan boksçusu Yana Alekseyeva və almaniyalı Taşena Bugar olublar.
Kişilərin yarışında dörd final qarşılaşması keçiriləcək və Azərbaycan bütün çəki dərəcələrində təmsil olunacaq.
Albert Səlimov (60 kq) qızıl medal uğrunda fransalı Sofian Umia ilə qarşılaşacaq. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) rusiyalı Aleksandr Besputindən üstün olmağa çalışacaq. Xaybulla Musalovun (75 kq) finaldakı rəqibi gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli olacaq. Yarışda 91 kiloqram çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev qızıl medal uğrunda döyüşdə ukraynalı Gevorq Manukyan ilə üz-üzə gələcək.
Qeyd edək ki, iyunun 16-dan start götürən boks yarışlarında Azərbaycan idmançıları 3 qızıl və 4 bürünc medal qazanıblar.
FOTOLAR: Orxan Əzim