“Dövlətimiz və xalqımız Avropa Oyunları kimi nəhəng yarışa ev sahibliyi etdiyi üçün xoşbəxtdir. Qonaqları layiqincə qarşılayacağımıza və yarışı yüksək səviyyədə təşkil edəcəyimizə əminəm”.
“Report” xəbər verir ki, bunu Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında belaruslu marafonçu Olqa Mazuryonok bu gün start götürən II Avropa Oyunları haqda danışarkən deyib.
Oyunların məşəlinin estafetində iştirak edən 30 yaşlı atlet Azərbaycanda baş tutan “
Ötən il Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında marafon qaçışı zamanı burnundan qan açılmasına baxmayaraq, yarışın qalibi olan Mazuryonok əsas hədəfinin Yay Olimpiya Oyunları olduğunu bildirib: “Təəssüf ki, marafon növü Avropa Oyunlarının proqramına daxil edilməyib. Sentyabrda Dohada keçirilən dünya çempionatına hazırlaşıram. Böyük hədəf və planlarım var. Hələlik olimpiya çempionu adını qazanamaq arzum elə arzu olaraq qalmaqdadır. Ancaq onu reallaşdıracağıma inanıram”.
Qeyd edək ki, Azərbaycan bu gün start götürən II Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunur.