BEGOC Rusiyadan "Bakı 2015"ə 1500 könüllünün gələcəyinə dair xəbərlərə münasibət bildirib
- 25 may, 2015
- 06:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) Rusiyadan 1500 könüllünün Azərbaycan paytaxtına gələcəyinə dair xəbərlərə rəsmi münasibət bildirib. "Report"un sorğusuna cavab olaraq, BEGOC yayılan məlumatları təkzib edib və bunları yalan adlandırıb.
"Düzdür, Rusiyadan 1500 müraciət daxil olmuşdu. Lakin könüllülük üçün xarici ölkələrlə müqayisədə yerli müraciətlərə üstünlük verilməsi qərara alındı" deyə sorğuya cavabda bildirilir. BEGOC qeyd edir ki, 12 500 könüllüdən cəmi 348-i əcnəbidir və onlar yalnız həddən artıq peşəkarlıq tələb edən vəzifələri icra edəcəklər: "Tələb olunan könüllülərin böyük əksəriyyətini Azərbaycan özü təmin edəcək və onlar ölkənin dinamik inkişafını, güclü perspektivini nümayiş etdirəcəklər".
Əcnəbi könüllülər növbəti həftələrdən etibarən Bakıya gəlməyə başlayacaqlar. BEGOC könüllüləri yataq, səhər yeməyi və iş növbəsində olarkən qidalanma ilə təmin edəcək.
Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.