Bakıda Birinci Avropa Oyunları qərargahının rəsmi açılışı keçirilib

Bakıda Birinci Avropa Oyunları qərargahının rəsmi açılışı keçirilib Mərasimdə Avropa Oyunları Koordinasiya komissiyasının nümayəndə heyəti iştirak edib
Avropa Oyunları
3 Sentyabr , 2014 16:55
Bakıda Birinci Avropa Oyunları qərargahının rəsmi açılışı keçirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Gələn ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunları qərargahının rəsmi açılış mərasimi keçirilib. Report baku2015.com rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının (AOKKK) sədri Spiros Kapralos, eləcə də Bakı-2015 Oyunlarının səfirləri olacaq Azərbaycanın dörd olimpiya çempionu - Yunan-Roma güləşçisi Fərid Mansurov (Afina, 2004), sərbəst güləşçilər Namiq Abdullayev və Toğrul Əsgərov (Sidney, 2000) və stend atıcısı Zemfira Meftahətdinova (Sidney, 2000) iştirak ediblər.   

Nazir A.Rəhimov Bakıda Koordinasiya komissiyasının üzvlərini salamlayıb və qeyd edib ki, Azərbaycan hökuməti birinci Avropa Oyunlarının uğurla keçirilməsi üçün əlindən gələni edir. "Avropanı unikal idman tədbirində birləşdirəcək yarışların həyata keçirilməsi istiqamətində son bir neçə ay ərzində bir sıra vacib və əhəmiyyətli addımlar atılıb" - deyə, nazir əlavə edib. 

AOKKK-nin yeni baş ofisi şəhərin mərkəzində - Bakı dənizkənarı milli parkına yaxın ərazidə yerləşir. Təxminən 11 min kvadrat metr sahəsi olan binada bir neçə konfrans zalı, mətbəx, duş və namaz otaqları mövcuddur.

Hazırda AOKKK-nin ştatı 769 işçidən ibrarətdir. 769 nəfərdən 468-i azərbaycanlı, 301-i isə 37 müxtəlif ölkəni təmsil edən əcnəbilərdir.

Son xəbərlər

Orphus sistemi