Bakı. 10 oktyabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək boksçu və güləşçilər üçün bu yarış həm də "Rio-2016" Olimpiya Oyunların kvalifikasiya mərhələsi olacaq. Bu barədə "Report"a "Bakı-2015" Avropa Oyunlarının mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə "Bakı-2015"də 20 idman növündən 11-i Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunları üçün kvalifikasiya mərhələsi olacaq.
"Bakı-2015"in boks yarışlarında kişilər arasında 10 çəki dərəcəsində medal qazanan idmançıların hər biri "AIBA-2015" Boks üzrə Dünya Çempionatında iştirak etmək hüququ qazanacaq.
"Rio-2016" üçün kvalifikasiya imkanları təklif edən 11 idman növünə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.