Bakıda keçiriləcək I Avropa Oyunlarının başlamasına 200 gün qalıb

Bakıda keçiriləcək I Avropa Oyunlarının başlamasına 200 gün qalıb Bu münasibətlə bu gün möhtəşəm şou keçiriləcək
Avropa Oyunları
24 Noyabr , 2014 09:12
Bakıda keçiriləcək I Avropa Oyunlarının başlamasına 200 gün qalıb

Bakı. 24 noyabr. REPORT.AZ/ 2015-ci il iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına artıq 200 gün qalıb. "Report"un məlumatına görə, geri sayımın əlamətdar günü Azərbaycan paytaxtında yüksək səviyyədə qeyd olunacaq. 

Bu münasibətlə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil ediləcək. Qız Qalası memarlıq abidəsinin üzərində "Bakı-2015"in təsviri nümayiş olunacaq və axşam Bakı 2015-lə bağlı xüsusi xəbər elan olunacaq. 

Qeyd edək ki, 20 növ üzrə təşkil olunacaq I Avropa Oyunları 17 gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi