Yuxarı
    Bağlamaq

    ​Bakıda “Dostlarla Oyunlara” şüarı altında aksiya keçirilib

    Şəhər sakinləri basketbol və boks oynayıblar

    Bakı. 11 iyun. REPORT.AZ/ Avropa Oyunları ərəfəsində Bakının mərkəzində - Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı altında növbəti maraqlı aksiya keçirilib. “Report”un xəbərinə görə, gənc idmançılar şəhər sakinləri arasında yarış təşkil ediblər.

    Basketbolçular və boksçular maraq göstərən hər kəsə bu idman növlərində öz güclərini sınamaq imkanı yaradıblar. Aksiya hər kəsin böyük marağına səbəb olub. Yüzlərlə şəxs aksiyaya qoşulub, idmançılarla birgə Avropa Oyunlarına öz dəstəyini göstərərək yarışıblar.

    Şəhər sakinləri və paytaxt qonaqlarının iştirakı ilə keçirilən yarışın qalibləri “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsindəki basketbol və boks üzrə yarışlara biletlər qazanıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi